Sarqsyan Moskvaya gedir

19 Dekabr 2015 19:58 (UTC+04:00)

AzNews.az Report-a istinadən xəbər verir ki, bu barədə erməni dövlət başçısının mətbuat xidməti məlumat yayıb.

Serj Sarqsyan dekabrın 21-də Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının Kollektiv Təhlükəsizlik Şurası və Avrasiya İqtisadi İttifaqı Şurasının sessiyalarında iştirak edəcək.
Qeyd edək ki, dekabrın 19-da İsveçrənin Bern şəhərində Azərbaycan və Ermənistan prezidentləri İlham Əliyev və Serj Sarqsyan arasında görüş olub.