Rusiya Suriyanı bombaladı - 9 ölü, 24 yaralı

19 Dekabr 2015 20:48 (UTC+04:00)

AzNews.az-ın ans press-ə istinadən məlumatına görə, ötən gecə saat 23:00 ilə 01:00 radələrində Suriyanın Azez rayonunun Hareten ilə Azaden kəndlərinin bombardımanı nəticəsində 9 nəfər həyatını itirib, 24 nəfər isə ağır yaralanıb.

Azez rayonunda elektrik olmadığından suriyalı yaralıları müalicə etməkdə çətinliklər yaranıb. Bundan sonra 8 yaralı Türkiyə-Suriya sərhəddinə gətirilərək, Kilis dövlət xəstəxanasına aparılıb. Kilisə gətirilən yaralılardan vəziyyəti daha ağır olanlar ətraf rayonlara göndərilib.