Abşeronda binada partlayış - Yaralanan var

20 Dekabr 2015 18:37 (UTC+04:00)

AzNews.az-ın FHN-in saytına istinadən verdiyi məlumata görə, yanğın zamanı əl və üz nahiyəsindən yanıq xəsarəti alan bir nəfər yanğınsöndürənlər tərəfindən Təcili Tibbi Yardım Xidmətinə təhvil verilib.

Yanğın zamanı eyvanda olan digər qaz balonu təhlükəsiz əraziyə aparılıb, mənzilin qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb.