İran hələ də cavab gözləyir
1 Noyabr 2012 08:36 (UTC+04:00)
İranın Xarici İşlər Nazirliyi nüvə proqramı ilə bağlı "altılıq" ölkələri aparılan danışıqlara münasibət bildirib.
AzNews.az-ın İran mətbuatına istinadən verdiyi xəbərə görə, Xarici İşlər Nazirliyinin sözçüsü Ramin Mehmanpərəst bildirib ki, məsələnin həll olunması İranın nüvə enerjisindən istifadə haqqının tanınmasından asılıdır. "Nüvə proqramı ətrafında yaranmış vəziyyətin yoluna qoyulması nüvə enerjisindən İranın istifadə hüququnun tanınmasıdır.
Problemdən ən sadə çıxış yolu budur. Biz öz mövqeyimizi "altılığın" Moskva görüşündə səsləndirmişdik və onlarda İranın təklifini konstruktiv adlandırmışdılar. Bildirmişdilər ki, sizə cavab verəcəyik ancaq hələdə cavab verilməyib. Biz onlardan cavab gözləyirik".
Qeyd edək ki, İranla Qərb ölkələri arasında nüvə proqramı ilə bağlı fikir ayrılığı uzun müddətdir ki, davam edir. Qərb iddia edir ki, İran nüvə silahı əldə etməyə hazırlaşır. İran isə, nüvə enerjisindən istifadədə maraqlı olduğunu vurğulayır.
Sadiq Musa
AzNews.az