Moskvada Qarabağ ermənilərinə pul toplanacaq

1 Noyabr 2012 09:55 (UTC+04:00)
Noyabrın 3-də Moskvadakı "Yeni Liqa" stadion kompleksində Azərbaycanın işğal olunan ərazilərində məskunlaşan ermənilər üçün xeyriyyə aksiyası keçiriləcək. Moskva Gənc Ermənilər Asossasiyasının təşkilatçılığı ilə keçiriləcək futbol matçında ermənilərin özlərindən ibarət iki futbol komandası qarşılaşacaq.

Oyunda toplanan bütün vəsait Qarabağda məskunlaşdırılan yoxsul erməni ailələrinə paylanacaq. Bu ailələr içərisində Azərbaycan torpaqlarının işğal edilməsində iştirak edən erməni hərbçisi Zakaryanın vərəmə yoluxan ailə üzvləri də var.

Elnarə Əlosmanqızı
AzNews.az