1.2 milyonluq şahzadə limuzin

1 Noyabr 2012 10:55 (UTC+04:00)


Şahzadə Diananın güllə keçirməyən Rolls-Roys maşını hərraca çıxarılıb. Şahzadə ABŞ-a ilk səyahətində bu maşından istifadə edibmiş. Avtomobilin qiymətinin 1.2 milyon funt sterlinqdən baha olacağı gözlənilir. Rolls-Royce Silver Shadow avtomobili 1979-cu ildə Böyük Britaniya səfirliyi tərəfindən satın alınıb. Lakin 1982-ci ilə qədər istifadə edilməyib.

Mühəndislər ona düz üç il zaman və 200.000 dollar sərf edərək avtomobili güllə keçirməz vəziyyətə gətiriblər. Böyük Britaniya səfirliyi gümüşü limuzindən Vaşinqtonda istifadə edib. 1985-ci ilin noyabrında Şahzadə Diana və Şahzadə Çarlzın bu ölkəyə səfəri zamanı, onlar bu maşında gəzdiriliblər.

Səyahət zamanı Krallıq ailəsinin üzvləri tez-tez bu maşından istifadə ediblər. Onlar o vaxt ABŞ prezidenti Ronald Reyqanı və xanımı Nensini də ziyarət ediblər. Sonra isə, 24 yaşlı Şahzadə Diana Ağ Evdəki qala zamanı aktyor Con Travolt ilə rəqs edib. Avtomobil noyabrın 9-da, Diananın ABŞ səfərindən düz 27 il sonra eBay saytında Volo Avto Muzeyi tərəfindən satışa qoyulacaq.

AzNews.az