Pilotu təhdid edən hindliyə ömürlük həbs cəzası verildi

1 Noyabr 2012 11:05 (UTC+04:00)
2009-cu ildə Hindistanda mindiyi sərnişin təyyarəsinin pilotunu təhdid edən 45 yaşlı Jitender Mohlana ömürlük həbs cəzası verilib.

Dehli məhkəməsi 45 yaşlı Jitender Mohlanın 2009-cu ildə törətdiyi cinayətlə bağlı hökm çıxarıb. 2009-cu ilin fevral ayında mindiyi sərnişin təyyarəsinin heyət üzvünü özündə silah və infeksion iynələrlə olduğunu deyərək hədələyən Mohlan barədə Dehli məhkəməsi ömürlük həbs qərarı çıxarıb. Mohlanın yaxınları Appelyasiya Məhkəməsinə müraciət edəcəklərini bildiriblər. Jitender Mohlanın törətdiyi əməl sərnişinlər arasında çaxnaşmaya və pilot tərəfindən təyyarənin qaçırılması ilə bağlı mesajın ötürülməsinə səbəb olmuşdu.

Hadisə baş verdikdən sonra ölkənin qərbində yerləşən Goa əyalətindən Dehliyə gedən təyyarə, Yeni Dehli aerodromunda təcili eniş etmişdi. Bundan sonra təyyarədə iki saat aparılan axtarış əməliyyat tədbirləri nəticəsində Mohlanın silahsız olduğu aşkar olunmuşdu
Qeyd edək ki, Mohlanın bu günə qədər niyə belə bir hərəkət etdiyi hələ də məlum deyil. (faktxeber)

AzNews.az