Ərdoğan intihara cəhd edən gənci xilas etdi - Video + Fotolar
25 Dekabr 2015 17:16 (UTC+04:00)
AzNews.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, Boğaziçi Körpüsündən keçərkən, intihar edən gənci görən Ərdoğan avtomobilini saxlatdırıb. Cangüdənləri gəncin yanına göndərən Ərdoğan özü də avtomobilinin qapısını açaraq xilas edilmiş gəncin onun yanına gəlməsini istəyib.
Gənc oğlanla söhbət edən prezident onu bu fikrindən çəkindirib.