Teleaparıcı ailəsi ilə birgə yol qəzasına düşdü

1 Noyabr 2012 13:12 (UTC+04:00)
Lider TV-nin "Həyat tərzi" verilişinin teleaparıcısı Lamiyə Əkbərova Bakıda ailəsi ilə birgə yol qəzasına düşüb. Trend-in məlumatına görə, hadisə N.Yusifbəyli və A.Qasımzadə küçələrinin kəsişməsində baş verib.

"Axşam saatlarında ailəmlə birlikdə evə qayıdırdıq və qəflətən yol kəsişməsində "Mersedes" markalı avtomobil bizim maşınla toqquşdu. Mən sükan arxasında idim və yaxşı ki, kəməri taxmışdım və təhlükəsizlik yastığı açıldı. Lakin uşaqlar və anam xeyli qorxdular. "KIA Sportage" markalı avtomobilim xeyli əzilib.

Bir ay maşınsız qalacam, çünki ehtiyat hissələri xaricdən gətiriməlidir. Eybi yox, əsas odur ki, hamı sağ və salamatdır", - Əkbərova qeyd edib. Onun sözlərinə görə, qəzanın günahkarı "Mersedes"in sürücüsüdür.

AzNews.az