Metrodakı Şaxta baba və qar qız kimdir? - Fotolar
28 Dekabr 2015 11:52 (UTC+04:00)
Aksiya zamanı Şaxta Baba və Qar qız metro stansiyalarında sərnişinlərlə görüşüb onlara bayram əhvalı yaşadır.
AzNews.az xəbər verir ki, Şaxta baba obrazında "Bakı Metropoliteni" Qapalı Səhmdar Cəmiyyətinin mətbuat xidmətinin rəhbəri Nəsimi Paşayev, Qar qız obrazında isə qurumun Marketinq şöbəsinin rəisi Lalə Babayeva olub. Onlar metro stansiyaları gəzərək kiçik sərnişinlərə hədiyyələr veriblər. Tədbir bir neçə gün davam edəcək.






Sevinc YASİNQIZI