Amerikalılar həm prezident seçəcəklər, həm də...

1 Noyabr 2012 14:12 (UTC+04:00)
Amerikada prezident seçkilərinin keçirildiyi 6 noyabrda bir neçə ştatda həmcinslərin evliliyi ilə bağlı da səsvermə keçiriləcək.

Belə ki, bir neçə ştatın sakinləri prezidentliyə namizədlərdən birini dəstəkləməklə yanaşı, eyni cinsdən olanların nikahına münasibətlərini də bildirəcəklər.

Men, Merilend, Minesot və Vaşinqton ştatlarında 6 noyabrda prezident seçkilərinin taleyi ilə bərabər, homoseksualistlərin evliliyi məsələsi də həll ediləcək.

Elnarə
AzNews.az