Ermənilərin hərbi maşın qəzaya uğradı

2 Noyabr 2012 05:54 (UTC+04:00)


Azərbaycanın işğal olunmuş Kəlbəcər rayonunda Ermənistan ordusunun hərbçilərini daşıyan maşın qəzaya uğrayıb. APA-nın "NEWS.am"a istinadən xəbərinə görə, bu barədə Ermənistan Müdafiə Nazirliyinin mətbuat katibi Artsrun Ovannisyan məlumat verib.

Onun sözlərinə görə, "Ural" markalı maşının qəzaya uğraması nəticəsində 3 hərbçi həlak olub, 15 nəfər yaralanıb. Onların hamısı müqavilə ilə xidmət edən hərbi qulluqçulardır. Yaralılar Ermənistanın Vardenis rayonundakı hərbi hospitala yerləşdiriliblər. Onlardan birinin çox ağır vəziyyətdə olduğu bildirilir.

AzNews.az