Ermənistandakı seçkilər Amerikanın diqqətində
2 Noyabr 2012 06:12 (UTC+04:00)
ABŞ-ın Ermənistandakı Fövqəladə və Səlahiyyətli səfiri Con Hefffern Ermənistanda keçiriləcək prezident seçkilərindən danışıb. AzNews.az-ın erməni mətbuatına istinadən verdiyi xəbərə görə, Heffern bildirib ki, parlament seçkilərində müşahidə olunan müsbət tendensiyalar prezident seçkilərində də davam etdirilməlidir.
"ATƏT-in demokratik institutları Ermənistanda müşahidələr aparırlar. Artıq bəzi təkliflər də hökumətə təqdim edilib. Həmin təkliflər nəzərdən keçirilərsə, o zaman seçkilərin daha şəffaf olma ehtimalı var". Heffern həmçinin bildirib ki, seçkilərin daha şəffaf və ədalətli olacağına ümid edir.
Sadiq Musa
AzNews.az