Bayram günləri çəki almamağın ən asan yolları – Məsləhət
29 Dekabr 2015 16:55 (UTC+04:00)
"Öncə qarşıdan gələn Yeni il və Dünya Azərbaycanlılarının Həmrəylik Günü münasibəti ilə bütün xalqimizi və ən əsası da gözəl xanımlarımızı təbrik edirik. Yeni il bayramı və bununla bağlı təbriklər çox gözəl bir adətdir. Bu bayramda biz sanki bir möcüzə gözləyirik. Məhz bu bayramda sanki daxilimizdəki o uşaq üzə çıxır. Övladlarımızla bəzədiyimiz şam ağacı, onların bunu görüb sevinməsi, evdə açılmış bayram süfrəsi, eləcə də bütün ailənin doğma və əzizlərin bu sufrə ətrafına yığışması, ən əsasi daxilimizdə olan arzularımızın yeni ildə gerçəkləşməsi ümidi həqiqətən, bu bayramın əvəzsizliyinin göstəricisidir. Bu bayramda hər kəsə yalniz gözəl diləklər söyləmək lazımdır ki, yeni ildə gözəlliklərlə qarşılaşa bilək. Həyat həqiqətən bumeranqdır bunu unutmayaq və yalniz gözəl şeylər düşünək.
İndsə gələk xanımlarımızın bayramdan sonrakı hallarına. Sirr deyil ki, hər evdə açılan zəngin bayram süfrəsindən sonra an azı 2-3kg çəki alırıq. Çəkini almaq nə qədər sandırsa, o çəkini vermək- ondan xilas olamaq da o qədər çətindir. Burda sual doğur: bəs nə etməli? Əlbəttə ki, sizə "yemək sufrəsindən uzaq olun" deyə bilmərik. Çünki bu, düzgün olmaz və onsuz da bunu edəcəyiniz real deyil. Lakin bəzi məsləhətlər verə bilərik ki, sonra çəkini vermək uçun çox əziyyət çəkməyəsiniz. Bununçün bayram süfrəsinə mütləq xurma qoyun. Şirin nəsə istədikdə o istəyi xurmayla "öldürün". Ən əsas məsələ isə çoxlu su içməkdir. Su heç olmasa yediyinizin tez bir zamanda bədəninizdən təmizlənib getməsinə yardim edəcək. Gözəl xanımlarmızdan bir və ən əsas xahişimiz də odur ki, bu surədə arıqlama dərmanlarından və ya qarın yumuşaldıcı dərmanlardan istifadə etməsinlər. Bu qarışıq yeməklər zamanı o dərmanlardan orqanizmdə maddələr mübadiləsini pozur və o zaman arıqlamaq çox çətinləşir. Eyni zamanda gələcəkdə müəyyən mədə-bağırsaq xəstəliklərinə yol acmış olur.
Bir daha hər kəsi qarşıdan gələn gözəl bayramlar münasibəti ilə təbrik edirik. Üzünüzdən gülüş. gözlərinizdən xoşbəxtlik heç vaxt əskik olmasın. Hər zaman sevin və sevilin, gözəl xanımlarımız. Ən əsası isə baxımlı olmağı unutmayın".