Nazirlikdən AzNews.az-a verilən məlumata görə, müraciət edərək axtarış əməliyyatında iştirak etmək istəyənlərin müraciəti Fövqəladə Hallar Nazirliyi və Azərbaycan Respublikasının Dövlət Neft Şirkəti tərəfindən müsbət qiymətləndirilib.
Bununla əlaqədar olaraq, həmin insanlar dekabr 29-da FHN-in 2 helikopteri və "AZAL" QSC-nin 1 helikopteri ilə Xəzər dənizi üzərində itkin düşənlərin axtarışı əməliyyatında xilasetmə qrupu ilə birlikdə iştirak edib.