Yapon alimlərindən daha bir kəşf

2 Noyabr 2012 06:50 (UTC+04:00)


Yaponiyalı alimlər yeni və sensasiya sayıla biləcək kəşfə imza atıblar. AzNews.az-ın qərb mətbuatına istinadən verdiyi xəbərə görə, sensorlarla təchiz olunmuş aparat insanın beyinində baş verən an xırda impulsları belə qeydiyyata ala bilir.

Belə ki, şəxs beyin impulsları ilə televizoru yandıra, işığı söndürə və hətta əlil arabasını nəzərdə tutulan istiqamətə hərəkət etdirə bilər. Yeni texnologiyanın iş prinsipinə gəldikdə isə, o, beyindən gələn impulsları qəbul edərək analiz edir sonra isə lazımi predmetin sensoruna göndərir və icra olunur.

Ancaq yapon alimləri kəşflərindən tam razı deyillər. Buna səbəb aparatın fikri gec oxuması və əmrlərin yalnız 70-80 faizini yerinə yetirməsidir.

Bununla belə, hesab edilir ki, 2020-ci ildə artıq aparat tam və kütləvi istehsala hazır olacaq.

Sadiq Musa
AzNews.az