Mehriban Əliyeva uşaqlarla söhbət etdi - “Kitab oxuyun...”
30 Dekabr 2015 17:48 (UTC+04:00)
AzNews.az Qafqazinfo-ya istinadən xəbər verir ki, Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva və Fondun vitse-prezidenti Leyla Əliyeva bayram şənliyində iştirak ediblər.
Bayram şənliklərinə uşaq evləri və internat məktəblərinin yetirmələri, sağlamlıq imkanları məhdud olan, şəhid, qaçqın və məcburi köçkün ailələrindən uşaqlar, eləcə də təhsildə fərqlənən məktəblilər dəvət olunublar.