Qorxulu filmlərə baxmaq çəki atır

2 Noyabr 2012 07:38 (UTC+04:00)
Britaniyalı alimlər çəki atmağın yeni yolunu kəşf ediblər. AzNews.az-ın Qərb mətbuatına istinadən verdiyi xəbərə görə, Vestminster Universitetinin alimləri saat yarımlıq qorxulu filmlərin çəki atmağa kömək etdiyini irəli sürüblər.

Onların qənaətinə görə, qorxulu filmə baxarkən bədəndə stress və qorxu yarandığından qanın bədəndəki hərəkəti sürətlənir, adrenalin ifrazı artır və nəticədə iştaha ölür, bədən qısa müddətdə daha çox kalori yandırır. Hətta britaniyalı alimlər arıqlamaq üçün baxa biləcəyiniz filmlərin adını və sərf edəcəyiniz kalorini də hesablayıblar.

Bir filmə baxaraq siz 200 kalori yandıracaqsınız. Artıq çəkisi olanlar sınaya bilərlər. filmlərə gəldikdə isə bütün qorxulu filmlər kalori atmağınıza yardımçı olacaq ancaq elə filmlər seçin ki, daha çox qorxulu olsun və daha çox kalori yandırasınız.

Sadiq Musa
AzNews.az