Rusiyadan Azərbaycana uçuşlar ləğv edildi
31 Dekabr 2015 14:40 (UTC+04:00)
Hava Nəqliyyatı Agentliyi ("Rosaviasiya") "UTair" aviaşirkətinin lisenziyanı geri aldığı uçuşlar arasında Bakı və Gəncəyə reysləri də var.
Artıq adıçəkilən hava yolu ilə Samaradan Bakıya uçuşlar həyata keçirilməyəcək.
Agentlikdən verilən məlumatlara əsasən, hava reyslərinin ləğv edilməsinə səbəb beynəlxalq hava sərnişin və yük daşınmasının yerinə yetirilməsinə dair müvafiq lisenziyalara edilən dəyişikliklərlə bağlıdır.
Kazan-Bakı reysinin həyata keçirilməsinə icazə ilə birlikdə aviaşirkət, həmçinin, Krasnodar-İrəvan, Mineralıye Vodı-İrəvan, Rostov-na-Donu-Barselona, Rostov-na-Donu-İrəvan, Samara-Bakı, Soçi-İrəvan, Surqut-Gəncə, Tümən-Gəncə reyslərinin də yerinə yetirilməsinə dair uçuşları da təxirə salınıb.
Aviaşirkətin öz saytında əmr barədə heç bir məlumat yoxdur.
"UTair" - Rusiyanın iri aviaşirkətlərindən biridir. O, sərnişin və yükdaşıma reysləri yerinə yetirən ən böyük şirkətlərdəndir. Bu aviaşirkətə "UTair-Ukrayna", "UTtair-helikopter" xidmətləri də daxildir. Aviaşirkət dünyada ən iri yükdaşıma qabiliyyətinə malik olan şirkətlərdən sayılır. Rusiyanın Aeroflot və Transaero şirkətlərindən sonra Yuteyr 3-cü yerdə duru. O, 2014-cü il ərzində 8.5 milyon sərnişin daşıyıb.