Prezidentin cangüdəni ölü tapıldı

2 Noyabr 2012 07:57 (UTC+04:00)
Vaşinqton polisi prezident Obamanın qorunması ilə məşğul olan Xüsusi Xidmət Orqanı əməkdaşı Rafael Prietonun ölümünü araşdırır. AzNews.az-ın Qərb mətbuatına istinadən verdiyi xəbərə görə, 47 yaşlı Rafael avtomobilində ölü aşkarlanıb. Ehtimal edilir ki, o, özünə qəsd edib.

Bununla belə, onun özünə qəsd etdiyini sübut edən hər hansı yazı aşkarlanmayıb. Ancaq bəzi ABŞ KİV-ləri Rafaelin ikili həyat yaşadığını və meksikalı sevgilisinin olduğunu yazıblar.

Hətta onun barəsində Xüsusi Xidmət Orqanı araşdırma başladıbmış. Onun ikili agent olması ilə bağlı hər hansı məlumat olmasa da hesab edilir ki, Rafael xəyanətdə ittiham ediləcəyini düşünərək intihara əl atıb.

Sadiq Musa
AzNews.az