GUAM-a sədrlik Azərbaycana keçdi

1 Yanvar 2016 10:36 (UTC+04:00)

Bu barədə GUAM Xarici İşlər Nazirləri Şurasının ötən ilin dekabrında Belqradda keçirilən toplantısında qərar qəbul edilib.

Təşkilatın baş katibi vəzifəsini isə qarşıdan gələn 4 il ərzində Azərbaycanın İspaniyadakı keçmiş səfiri Altay Əfəndiyev icra edəcək.

Qeyd edək ki, bundan əvvəl GUAM-ın baş katibi vəzifəsini gürcüstanlı diplomat Valeri Çeçelaşvili tutub.

APA.az