Dubaydakı yanğında soydaşlarımız xəsarət almayıb - Rəsmi

1 Yanvar 2016 12:29 (UTC+04:00)

AzNews.az xəbər verir ki, bu sözləri Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev Dubayda mehmanxanada baş verən yanğın hadisəsi ilə bağlı deyib:

"Həmin mehmanxanada yeni ili qeyd edənlər arasında Azərbaycan Respublikası vətəndaşları da olub. İlkin məlumata əsasən vətəndaşlarımız arasında xəsarət alan yoxdur".