“Mərkəzi Bankı günahlandırmaq doğru deyil” - Ekspert

1 Yanvar 2016 13:13 (UTC+04:00)

İqtisadçı-ekspet Məhəmməd Talıblı AzNews.az-a açıqlamasında bildirib ki, yaranmış vəziyyətdə hansısa konkret şəxsləri günahlandırmaq çıxış yolu deyil:
"Məsələyə kompleks yanaşmaqla daha obyektiv qiymət vermək olar. Mənim fikrim belədir. Ölkə iqtisadiyyatının gücü və rəqabətədavamlılığı necədirsə milli valyutası da həmin gücə adekvat olur. Əgər ölkəyə dollarla daxilolma kanalı yalnız bir mənbədən asılıdırsa, o zaman dollar təklifi zəif olacaq. Ölkənin ixracatından əldə olunan valyuta daxilolmaları azdırsa, onda manatın dəyərinə görə Mərkəzi Bankı günahlandırmaq doğru deyil".

M.Talıblı hesab edib ki, milli valyutalar iqtisadiyyatın ümumi sifətini ifadə edir: "Lakin buna baxmayaraq, Mərkəzi Bank gərək vaxtlı-vaxtında pul-kredit bazarındakı vəziyyətlə bağlı özünün alətlərindən də effektiv istifadə etsin".

Bahar RÜSTƏMLİ
AzNews.az