Sabah Bakıda çovğun olacaq

1 Yanvar 2016 16:31 (UTC+04:00)

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən AzNews.az-a verilən məlumata görə, güclü şimal-qərb küləyi əsəcək. Gecə və səhər yolların buz bağlayacağı, çovğun olacağı ehtimalı var.

Havanın temperaturunun gecə 0-3° şaxta, gündüz 0-3° isti olacağı gözlənilir.

Yanvarın 2-də Azərbaycanın rayonlarında arabir qar yağacağı gözlənilir. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclü olacaq. Yollar buz bağlayacaq.

Havanın temperaturunun gecə 0-5° şaxta, gündüz 1-5° isti, dağlarda gecə 7-12° şaxta, gündüz 1-6° şaxta olacağı gözlənilir.