Nardaranda həbs olunanların - 8-i azadlığa buraxıldı

1 Yanvar 2016 18:52 (UTC+04:00)

AzNews.az xəbər verir ki, bu barədə "Turan"a kənd ağsaqqalı Natiq Kərimov məlumat verib.

O bildirib ki, həmin şəxslər qəsəbədə noyabrın 26-da xüsusi xidmət orqanlarının radikal islamçıların neytrallaşdırılması ilə bağlı keçirdikləri əməliyyat zamanı saxlanılmış, sonradan 30 sutkalıq inzibati həbs cəzası almışdılar.