Vanqanın düz çıxan öncəgörmələri - 2016-cı il üçün proqnozu

1 Yanvar 2016 20:38 (UTC+04:00)

Şahzadə Diananın ölümü, II Dünya müharibəsinin nəticəsi, Qandinin ölümü, 11 sentyabr terroru və Obamanın ABŞ prezidenti olacağınadək proqnozları düz çıxan Vanqanın 2016-cı ildən sonrakı öncəgörmələri də maraq doğurur.

Görücü bu il Şimal yarımkürəsində radiaktiv təsirlərdən sağ çıxan heyvan və bitkilərin sonradan yoxa çıxacağını deyib.

Vanqa 2018-ci ildə dünyanın bir nömrəli gücünün Çin olacağını bildirib.

Ekstrasens Yer kürəsinin 2023-cü ildə orbitindən çıxacağını proqnozlaşdırıb. 2026-cı ildə isə Avropa qitəsinin əhalisi əhəmiyyətli dərəcədə azalacaq.

2028-ci ildə yeni enerji növü kəşf ediləcək. Elə bu il içərisində insan olan kosmik gəmi Venera planetinə göndəriləcək.

2033-cü ildə Qütblərdəki buzlaqlar əridikcə Yer kürəsinin su səviyyəsi artacaq.

2043-cü ildə Dünya iqtisadiyyatı çiçəklənəcək və müsəlmanlar Avropanın hakimi olacaq.

2046-ci ildə orqan transplantasiyası ən asan əməliyyat halına gələcək.

BAKU.WS