Ölkədən qaçan nazir danışdı

2 Noyabr 2012 08:11 (UTC+04:00)
Gürcüstanda hakimiyyət dəyişikliyi ilə bağlı ölkəni tərk edən Müdafiə naziri Dimitri Şaşkin Amerikada peyda olub. AzNews.az-ın Qərb mətbuatına istinadən verdiyi xəbərə görə, Vaşinqtonda müsahibə verən gürcü nazir ölkədən çıxmasına aydınlıq gətirib.

O, bildirib ki, seçkilərdə qalib gəlmiş " Gürcü arzusu" partiyasının tərəfdarları onun evinin qarşısında piket keçiriblər və 8 yaşlı qızına hücum ediblər. Şaşkin bildirib ki, cangüdən olmasaydı hər şey tamam başqa cür cərəyan edə bilərdi. "Mən artıq ailə təhlükəsizliyimin qorunmadığını gördükdə, normal insan kimi ölkədən çıxmaq qərarına gəldim".

Gürcü nazir mətbuatda onun müdafiə nazirliyinə ayrılan vəsaiti talaması ilə bağlı yayılan məlumatlara da cavab verib. O, bildirib ki, günahı sübut olunarsa, məsuliyyət daşımağa hazırdır.

Sadiq Musa
AzNews.az