Barda atışma - 2 ölü, xeyli yaralı + VİDEO

1 Yanvar 2016 23:09 (UTC+04:00)

AzNews.az-ın ans press-ə istinadən məlumatına görə, atışmada 2 nəfər öldürülüb daha 8 nəfər isə ağır yaralanıb.

İsrail polisi bütün gücünü səfərbər edərək hadisəni törətmiş şəxsin axtarışlarına başlayıb. İsrail polisinin nümayəndəsi Micky Rosenfeld Dizengof küçəsində yerləşən bara bir nəfər silahlı şəxsin hücüm edərək insanlara atəş açdığını qeyd edib. Onun sözlərinə görə, cinayətkər kiçik ölçülü avtomatla atəş açıb. Hadisə anı müşahidə kamerasına düşüb.

Hadisə şahidləri silahlı şəxsin gənc olduğunu bildirib. Yaralılardan birinin vəziyyəti daha ağırdır. Hadisənin baş vermə səbəbi hələ ki, naməlum olaraq qalır. Cinayətkar hadisə yerindən qaçıb. Hazırda hüquq-mühafizə orqanları hadisənin terror aktı olub-olmamasını araşdırır.