Mağazalarda spirtli içkilər satışdan çıxarıldı – FOTO

1 Yanvar 2016 23:22 (UTC+04:00)

AzNews.az Musavat.com-a istinadən xəbər verir ki, bu, 1 yanvar 2016-cı il tarixdən spirtli içki satışında tətbiqinə başlanılan yeniliklə əlaqədardır.

Belə ki, bu gündən spirtli içkilərin nağd pulla satışı qadağan edilib. İnzibati Xətalar və Cinayət Məcəllələrinə edilən dəyişikliyə görə, alkoqollu içkilərin plastik kart olmadan satışına görə, cərimə, hətta cinayət məsuliyyəti nəzərdə tutulur.

Yanvarın 1-i səhər saatlarından bütün ərzaq mağazalarında alkoqollu içkilər rəflərdən yığışdırılıb. Bəzi yerlərdə onların yeri boş qalıb, bəzi iri supermarketlər isə alkoqollu içki rəflərini başqa mallarla doldurmağa çalışırlar.

Məhəllələrarası xırda ərzaq dükanlarında isə alkoqollu içkilərin satışı adi qaydada aparılır. Amma, onların da bir çoxu sabahdan bu məhsulları satışdan yığışdırmağa hazırlaşırlar. Onlar spirtli içkiləri topdansatış məntəqələrinə və distribütor firmalarına geri qaytarmaq niyyətindədirlər. Çünki, xırda mağazalarda pos-terminallar yoxdur və pkartik kartla alış-veriş aparılmır.

Qeyd edək yanvarın ki, yanvarın 1-dən markalanmalı malların (tütün məmulatlarının pərakəndə satışı istisna olmaqla) satılması və satış məqsədi ilə alınması zamanı həmin malların dəyərinin nağd qaydada ödənilməsinə yol verilmir.