​Yəməndə atışma - 6 nəfər öldü

1 Yanvar 2016 23:46 (UTC+04:00)

AzNews.az Report-a istinadən xəbər verir ki, ölənlər arasında üç hərbçi və "Əl-Qaidə"yə aid olmaqda şübhəli bilinən üç terrorçu var.

Hökumətyönlü qüvvələr Əbyan əyaləti sərhədi yaxınlığındakı buraxılış məntəqəsində terrorçuların olduğu və silah daşıyan avtomobili yoxlamaq üçün saxlayıblar. Avtomobil Ədən istiqamətində hərəkətdə olub. Yoxlama zamanı atışma başlayıb.