“VAZ 2106”ya çırpılan “Toyota” havada qaldı - Fotolar

2 Yanvar 2016 11:34 (UTC+04:00)

Məlumata görə, "Toyota Corolla" markalı avtomobil idarəetməni itirərək yolun kənarında dayanan "VAZ 2106" maşınına çırpılıb. Maraqlısı budur ki, "06" yola satılmaq üçün qoyulubmuş.

"Toyota" toqquşmadan sonra yol kənarından keçən kanalın çəpəri üzərində, havadan asılı vəziyyətdə qalıb.

Xoşbəxtlikdən maşın kanala düşməyib və qəza nəticəsində xəsarət alan olmayıb. Amma hər iki maşın yararsız vəziyyətə düşüb.

Hadisə yerində araşdırma aparılır.

Qəzadan çəkilən fotoları təqdim edirik:








Qafqazinfo.az