Sabaha olan hava proqnozu - 15 dərəcə şaxta

2 Yanvar 2016 12:58 (UTC+04:00)

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən AzNews.az-a verilən məlumata görə, arabir güclənən şimal-qərb küləyi səhər və gündüz mülayimləşəcək.

Havanın temperaturu Bakıda və Abşeron yarmadasında gecə 3-6 dərəcə şaxta, gündüz 1-3 dərəcə isti olacaq.

Azərbaycanın rayonlarında isə havanın fasilələrlə yağıntılı olacağı, qar yağacağı, duman olacağı gözlənilir. Hava gündüz əsasən yağmursuz keçəcək. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək.

Havanın temperaturu gecə 5-10 dərəcə şaxta, gündüz 1 dərəcə şaxtadan 4 dərəcəyə qədər isti, dağlarda gecə 10-15 dərəcə şaxta, yüksək dağlıq ərazilərdə 15-20 dərəcə şaxta, gündüz isə 0-5 dərəcə şaxta olacağı gözlənilir.

Yollar buz bağlayacaq.