Türkiyədə terror - Daha 3 əsgər yaralandı
2 Yanvar 2016 20:24 (UTC+04:00)
AzNews.az-ın APA-ya istinadən verdiyi xəbərə görə, hadisə kənardan idarə olunan partlayıcı qurğunun işə düşməsi nəticəsində baş verib. Bununla da terrorçularla gün boyu davam edən qarşıdurmalarda yaralı əsgər sayı 11-ə çatıb.
Yaralı əsgərlər Diyarbəkir Hərbi Xəstəxanasına yerləşdirilib.