Donuz qripindən 3 nəfər öldü - Türkiyədə

2 Yanvar 2016 21:20 (UTC+04:00)

Adanadakı Təhsil və Araşdırma Xəstəxanasına ötən həftə təcili yardımlar 45 xəstə yüksək temperatur şikayəti ilə daxil olub. İlk müayinədən sonra onlardan xəstələrdən 6-sı donuz qripi şübhəsi ilə xəstəxanada müalicəyə götürülüb.

Donuz qripi şübhəsiylə müalicə edilən Türkiyə vətəndaşı 4 aylıq hamilə olan bir qadınla, 2 suriyalı şəxs keçən həftə həyatını itirib. Ölən 3 nəfərdən alınan nümunələr də baxılmaq üçün Ankaraya göndərilib.

Musavat.com