İran tələbələri etiraz aksiyası keçirdilər - Səudiyyə Ərəbistanına qarşı
2 Yanvar 2016 22:43 (UTC+04:00)
AzNews.az-ın APA-ya istinadən verdiyi xəbərə görə, etirazçılar hakim Əl Saud kral sülaləsinin siyasətini pisləyən şüarlar səsləndiriblər.
Qeyd edək ki, şiə din xadimi, vaiz Nimr ən-Nimrin Səudiyyə Ərəbistanında edam olunması ilə əlaqədar İranda yanvarın 3-də ali təhsil müəssisələri fəaliyyət göstərməyəcək. Bütün ölkə ərazisində kütləvi etiraz aksiyaların keçiriləcəyi planlaşdırılıb.
Şeyx Nimr ən-Nimr Səudiyyə Ərəbistanı rəhbərliyi tərəfindən 2012-ci ildə ölkənin şərqində baş verən etiraz aksiyası zamanı saxlanılıb. 2014-cü ildə o, nifrətə çağırış, krala itaət etməmə və hüquq-mühafizə orqanları əməkdaşlarına hücum məqsədilə terrorçu meyllər yaratmaq maddələri ilə ittiham olunaraq barəsində ölüm hökmü çıxarılıb.
Bu gün Səudiyyə Ərəbistanının Daxili İşlər Nazirliyi vaiz Nimr ən-Nimr və "Əl-Qaidə"nin Səudiyyə Ərəbistanındakı qolunun liderlərindən olan Faris əs-Zəhrani də daxil olmaqla terrorçuluqda təqsirli bildiyi 47 nəfərin edam olunduğunu açıqlayıb.