Səudiyyə Ərəbistanında şiə liderinin edamına qarşı güclü - Etirazlar
2 Yanvar 2016 23:27 (UTC+04:00)
AzNews.az Azərtac-a istinadla xəbər verir ki, hökumət ən-Nimrin vətəni Əl-Katif şəhərinə, həmçinin ölkənin şərqində şiələrin çoxluq təşkil etdiyi digər rayonlara onlarla zirehli avtomobil və qoşun hissələri göndərib. Bəhreyndə də nümayişə çıxan şiələri dağıtmaq üçün gözyaşardıcı qazdan istifadə etmək lazım gəlib.
Şiə lideri şeyx Nimr ən-Nimrin edamı təkcə Səudiyyə Ərəbistanında deyil, müsəlman dünyasında kəskin etirazla qarşılanıb. İraqın Baş naziri Heydər əl-Abadi bəyan edib ki, bu hadisə Yaxın Şərqdə qeyri-sabitlik yaranmasına gətirib çıxara bilər. Din xadiminin edamına İran da öz ciddi etirazını bildirib.
Xatırladaq ki, bir qədər əvvəl Səudiyyə Ərəbistanında 47 nəfər edam olunub. Onların əksəriyyəti 2003-2006-cı illərdə "Əl-Qaidə" qruplaşması tərəfindən bir sıra neft və müdafiə obyektlərində, həmçinin Ciddə şəhərində yerləşən ABŞ səfirliyində terror aktlarının hazırlanmasında və həyata keçirilməsində ittiham edilib.