Sərhəddə problem - Minlərlə azərbaycanlı yollarda qala bilər
3 Yanvar 2016 12:29 (UTC+04:00)
Azərbaycan sərhədinə aparan Tbilisi-Bakurtsixe-Laqoxedi trasının 20-160-cı kilometrliyində tutumu 30 nəfərdən artıq olan avtobusların, qoşqulu və yarımqoşqulu avtomobillərin hərəkəti məhdudlaşdırılıb.
Yeni il bayramı ilə əlaqədar bir çox azərbaycanlıların bayram günlərində Gürcüstana üz tutması onların da bu məhdudiyyətlər nəticəsində sərhəddə ləngiməsi istisna edilmir.
Bu arada Gürcüstan daxili işlər nazirliyi 2015-ci il ərzində bu ölkəyə səfər edən azərbaycanlıların sayını açıqlayıb. Ötən 1 milyon 392 min həmyerlimiz qonşu ölkəyə istirahət və digər səbəblərlə səfər edib.
Anspress.com