83 yaşlı qadın oğlunu bıçaqladı - Bakıda

3 Yanvar 2016 13:35 (UTC+04:00)


Məlumata görə, Cəfərov qardaşları küçəsində yaşayan 61 yaşlı Həsənağa Binnətov çiyinindən aldığı kəsilmiş-deşilmiş xəsarətlə Kliniki Tibbi Mərkəzə yerləşdirilib. Xəsarəti yüngül olduğundan H.Binnətov ambulator müalicəyə yazılıb.

Araşdırma nəticəsində məlum olub ki, 61 yaşlı kişini anası, 1932-ci il təvəllüdlü Abbasova Ayna Məmmədrəfi qızı bıçaqlayıb. Məlum olub ki, 83 yaşlı ana oğluna mübahisə zəminində bıçaqla xəsarət yetirib.

Araşdırma davam etdirilir.

Lent.az