İlham Əliyev Myanma prezidentini təbrik etdi

3 Yanvar 2016 18:41 (UTC+04:00)

AzNews.az xəbər verir ki, təbrikdə deyilir:

"Myanma İttifaqı Respublikasının milli bayramı – Müstəqillik günü münasibətilə Sizə və xalqınıza ən səmimi təbriklərimizi yetirirəm.

Bu əlamətdar gündə Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, dost Myanma xalqına əmin-amanlıq və firavanlıq diləyirəm".