Səfirliyə hücum edənlər cəzalanmalıdır - Ruhani

3 Yanvar 2016 20:38 (UTC+04:00)

AzNews.az-ın Trend-ə istinadən məlumatına görə, bunu İran Prezidenti Həsən Ruhani Səudiyyə Ərəbistanının Tehrandakı səfirliyinə edilən hücumdan sonra deyib.

Qeyd edək ki, Şiə din xadimi Nimr ən-Nimrin Ər Riyadda edam olunmasına etiraz edən iranlılar Səudiyyə Ərəbistanının Tehrandakı səfirliyinin binasına hücum edərək, bir neçə otağı darmadağın ediblər.