Buzlu yol daha bir qəzaya səbəb oldu - 3 nəfər ağır yaralı

3 Yanvar 2016 23:20 (UTC+04:00)

AzNews.az Report-a istinadən xəbər verir ki, qəza 1976-ci il təvəllüdlü Qazax rayon sakini Bəxtiyar Səfər oğlu Rəsulovun idarə etdiyi "Mercedes" markalı mikroavtobusun qarşı tərəfdən gələn Orxan Abduləli oğlu Məmmədlinin idarə etdiyi "Mitsubishi Pajero" markalı minik maşını ilə toqquşması nəticəsində baş verib.

Qəza zamanı mikroavtobusun sürücüsü və sərnişinləri - sürücünün həyat yoldaşı, Qazax rayon sakini Dilarə Rəsulova və qızı 2005-ci il təvəllüdlü Müjgan Bəxtiyar qızı Rəsulova müxtəlif dərəcəli ağır bədən xəsarətləri alıb. Yaralılar dərhal Kürdəmir Rayon Mərkəzi Xəstəxanasının Travmatologiya şöbəsinə yerləşdiriliblər. Hazırda onların vəziyyətləri orta ağır olaraq qalır.

Qəzadan sonra hər iki avtomaşın zərbənin gücündən yararsız hala düşüb. Hadisəyə yolun buzlu olması ilə əlaqədar mikroavtobusun "Mitsubishi"nin yoluna çıxması səbəb kimi göstərilir.

Faktla bağlı Baş Dövlət Yol Polisinin İstintaq və təhqiqat şöbəsində araşdırma aparılır.