Şaxtalı havalar davam edəcək - Yollar buz bağlayacaq

4 Yanvar 2016 13:12 (UTC+04:00)

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentində AzNews.az-a verilən məlumata görə, yanvarın 5-də Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Səhər bəzi yerlərdə zəif duman, ciskin olacaq. Mülayim cənub-qərb küləyi arabir güclənəcək.

Bakıda və Abşeron yarımadasında gecə 0-3 dərəcə şaxta, gündüz 4-8 dərəcə isti olacaq.

Gecə və səhər şəhər ətrafı yollar buz bağlayacaq.

Azərbaycanın rayonlarında yanvarın 5-də əsasən yağmursuz , gecə və səhər bəzi yerlərdə duman olacaq, lakin bəzi qərb rayonlarında havanın yağıntılı olacağı, qar yağacağı gözlənilir. Qərb küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir güclənəcək.

Havanın temperaturunun gecə 4-9 dərəcə şaxta, gündüz 3-8 dərəcə isti, dağlarda gecə 10-15 dərəcə şaxta, yüksək dağlıq ərazilərdə 18-23 dərəcə şaxta, gündüz 0-2 dərəcə şaxta olacağı gözlənilir.

Yollar buz bağlayacaq.