Ankarada ağır yol qəzası - 9 ölü, 37 yaralı

4 Yanvar 2016 13:44 (UTC+04:00)

AzNews.az xəbər verir ki, bu barədə Trend Türkiyənin Haber7 qəzetinə istinadən məlumat verir.

Hadisənin baş verməsinə səbəb Ankaranın magistral yollarına davamlı sulu qarın yağması olub. İlkin məlumatlarda ölən və yaralıların sayının artacağı istisna edilmir.

Məlumatda yol qəzasında xəsarət alanların hamısının Türkiyə vətəndaşları olduğu deyilir. Yaralılar yaxınlıqdakı xəstəxanalara yerləşdirilib.