Bakı metrosu çıxışında - Qətl

4 Yanvar 2016 14:03 (UTC+04:00)
AzNews.az xəbər verir ki, hüquq-mühafizə orqanlarından ans press-ə verilən məlumata görə, hadisə bu gün saat 11 radələrində Bakı Metropoliteninin "Sahil" stansiyasının çıxışında qeydə alınıb. Hələlik şəxsiyyəti istintaqla müəyyən edilməyən 25-30 yaşlarında kişi naməlum şəxs və ya şəxslər tərəfindən bıçaqlanaraq qətlə yetirilib.

Hadisəni törədən şəxs və ya şəxslər ərazidən uzaqlaşıb.

Hazırda hadisə yerində polis və prokurorluq əməkdaşları araşdırmalar aparır.

Hazırda öldürülən və qətli törədənlərin şəxsiyyətinin müəyyənləşdirilməsi istiqamətində işlər aparılır.

Faktla bağlı Səbail Rayon Prokurorluğunda cinayət işi açılıb, araşdırmalar aparılır.