Minik avtomobili ilə motosiklet toqquşdu - Ölən var

4 Yanvar 2016 14:31 (UTC+04:00)

AzNews.az Report-a istinadən xəbər verir ki, "VAZ 21015" markalı "44 BK 905" dövlət nömrə nişanlı minik avtomobili ilə motosiklet toqquşub.

Motosikletin sürücüsü, Zövlə kənd sakini 61 yaşlı Ayaz Salayev hadisə yerində dünyasını dəyişib.

Faktla bağlı araşdırma aparılır.