İki övlad atası özünü asdı - Məktəbin həyətində

4 Yanvar 2016 16:12 (UTC+04:00)

AzNews.az Report-a istinadən xəbər verir ki, rayonun Qarasüleymanlı kənd sakini, 1987-ci il təvəllüdlü Natiq Mətləb oğlu Abdullayev özünü kənd məktəbinin qazanxanasında kəndirlə asaraq intihar edib.

İki uşaq atası olan N.Abdullayevin intihar etməsinin səbəbləri Goranboy Rayon Prokurorluğunun araşdırmalarından sonra məlum olacaq.

Meyit Məhkəmə Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyinin Goranboy rayon şöbəsində müayinə olunduqdan sonra aidiyyəti üzrə təhvil verilib.