Avtomobillə piyadanı vurub öldürdü - Hadisə yerindən qaçdı

4 Yanvar 2016 17:33 (UTC+04:00)

AzNews.az-ın APA-ya istinadən məlumatına görə, hadisə rayonun Qaradağlı kəndi ərazisində qeydə alınıb.

Naməlum avtomobil Gəncə şəhər sakini, 1994-cü il təvəllüdlü Elmir Quliyevi vurub. Yaralı hadisə yerində ölüb, qəzanı törədən avtomobil isə hadisə yerindən qaçıb.

Faktla bağlı Goranboy rayon Polis Şöbəsində cinayət işi açılıb, araşdırma aparılır.