Qar məktəb binasının damını çökdürdü - FOTO

4 Yanvar 2016 18:04 (UTC+04:00)

AzNews.az-ın Report-a istinadən xəbərinə görə, buna səbəb güclü qar yağmasıdır. Hadisə qeyri-dərs gününə təsadüf etdiyindən xəsarət alan olmayıb.

Məktəbin direktoru Ənvər Məmmədov bildirib ki, damın təxminən 20 faizi çöküb:

"Bu, son 10 ilin ən güclü qarıdır".

Qeyd edək ki, Quba-Xınalıq yolu 6 gündür bağlıdır. Son bir ayda həmin yol güclü qar yağması səbəbindən beş dəfə bağlanıb.