Küveyt İrandakı səfirini geri çağırdı

5 Yanvar 2016 13:42 (UTC+04:00)

AzNews.az Associated Press-ə istinadən xəbər verir ki, buna səbəb Səudiyyə Ərəbistanının İrandakı diplomatik missiyasına edilən hücumlar olub.

Qeyd edək ki, yanvarın 3-də Ər-Riyad İranla diplomatik əlaqələrin kəsildiyini elan edib. Belə ki Səudiyyə Ərəbistanının Tehrandakı səfirliyinə və Məşhəddəki konsulluğuna nümayişçilərin hücumları olub. Nümayişçilər krallıq ərazisində şiə ilahiyyatçısı Nimr ən-Nimrin edam edilməsinə etiraz ediblər.

Yanvarın 4-də Bəhreyn və Sudan da İranla diplomatik əlaqələrin kəsilməsini elan edib. Birləşmiş Ərəb Əmirlikləri İranla diplomatik münasibətlərin səviyyəsinin aşağı endirildiyini elan edib.

Aydan AXUNDOVA