Millət vəkilindən fiziki qüsurlu seçicilərinə jest – Əlil arabası verdi

5 Yanvar 2016 14:35 (UTC+04:00)

AzNews.az xəbər verir ki, sözügedən şəxslər parlament seçkiləri zamanı Çingiz Qənizadəyə müraciət edərək əlil arabasına ehtiyacları olduğunu bildiriblər.
Ç.Qənizadə Gəncliyə Yardım Fondunun dəstəyi ilə dünən, yanvarın 4-də İmişli və Beyləqan rayonlarından olan həmin seçiciləri ilə görüşərək onlara əlil arabası hədiyyə edib.

Çingiz Qənizadə İmişli rayonunun Göbəktala kənd sakini Abbasova Azətbəyim Bəndalı qızına, Beyləqan rayonunun İmamverdilər kənd sakinləri Tağıyev Ataxan və Şirinov Əli Nemət oğluna əlil arabasını Gəncliyə Yardım Fondunun rəhbərliyi ilə birlikdə təqdim edib.